Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:15

Bu şeirdir, amma yazılmır, çəkilir...


Şair Babi Badalovun "Monroe" şeirindən bir fraqment.
Şair Babi Badalovun "Monroe" şeirindən bir fraqment.

Azər Əhmədov

Konkret Şeirlər

Konkret (“dəmir-beton”) şeirlərdə şeirin mənası/effekti qismən yaxud bütünlüklə vizual vasitələrlə çatdırılır. Bu janrın tarixi əslində qədimdir, amma daha çox 1950-ci illər Latın Amerikası şairlərinin şeirlərindən sonra populyarlaşıb. Janrın adı ilk dəfə təqdim edildiyi ruscada (железобетонные пoэмы) fikrimizcə uğursuz səslənsə də ingiliscədə (concrete poetry) bəlkə də sözün ikimənalı olması səbəbindən xeyli uğurlu olub, populyardır. Bu şeirlərə şəkil şeirlər demək də çox uyğun görünür bizə (ingiliscədə “shape poetry” termini də işlənir). Dilimizdə şeirin bu janrına Nərmin Kamal gözəl bir ad təklif edib: göz-söz şeirləri. Bəzən göz payı söz payından çox olur, bəzən də tərsinə. Əgər söz payı çox azsa onda bu şeirlərə vizual şeirlər deyirlər. (Rəsm əsərləri üzərinə/haqqında yazılan əski və indi də çox populyar olan şeir janrı da var – vizual şeirləri bunlardan fərqləndirmək gərəkdir.) Vizual şeirlərin çox gözəl nümunələri içərisində həmyerlimiz Babi Badalovun yaratdıqlarını xüsusi qeyd etmək istərdik. Aşağıdakı konkret şeir nümunələrində birinci şeir həm də caz şeirdir.


* * *

* * *

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG