Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 22:30

Qırğızıstanda etirazçılar Bişkek-Oş yolunu bağlamağa cəhd göstərir


Oşda etiraz aksiyası

Qırğızıstanlı deputat Omurbek Tekebaevin tərəfdarları Bazar-Korqon rayonunda Bişkek-Oş magistral yolunu bağlamağa cəhd gəstərirlər.

Bu yol ölkənin şimali ilə cənubunu birləşdirir.

Bu barədə AzadlıqRadiosunun Türkmənistan xidməti məlumat yayıb.

Omurbek Tekebayev “Ata Məkan” partiyasının parlamentdəki fraksiyasının rəhbəridir.

Təhlükəsizlik xidmətinin əməkdaşları fevralın 26-a keçən gecə Tekebaevi təyyarənin göyərtəsindən düşürərək sorğu-suala aparıblar.

Sonradan müstəntiqlər onun 48 saat saxlanması barədə qərar qəbul ediblər.

Məhkəmənin fevralın 27-də onun barəsində həbs-qətimkan tədbiri seçəcəyi gözlənilir.

Aksiyaçıların əksəriyyəti qadınlardır.

Polislə qarşıdurmada, basabasda, bir qadının özündən getdiyi bildirilir.

Aksiyaçılar Tekebayevin azadlığa buraxılmasını tələb edir, əks halda etirazların davam etdiriləcəyini bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG