Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 07:50

Əcnəbi dildə ən yaxşı filmə görə «Oscar»ı İranlı rejissorun «Satıcı» filminə verdilər.

«Oscar»ın təqdimat mərasimi fevralın 26-da keçirilib.

«Satıcı»nın rejissoru Asghar Farhadi mərasimdə iştirak etmir. O, ABŞ prezidenti Donald Trump-ın miqrantlarla bağlı qərarına etiraz əlaməti olaraq mərasimə qatılmayıb. D.Trump İran da daxil olmaqla, 7 müsəlman ölkəsindən olan miqrantların ABŞ-a gəlişini yasaqlamışdı. İndi Federal Məhkəmə prezidentin qərarına qadağa qoyub.

Bununla belə, rejissor qərarın müsəlmanlara qarşı sayqısızlıq olduğunu, dünyanı «biz və düşmənlərimiz» deyə iki yerə parçaladığını, bununsa insanlarda qorxu və aqressiya yaratdığını söyləyib.

Rejissor A.Farhadi 2012-ci ildə də «Ayrılıq» filminə görə «Oscar»a layiq görülmüşdü.

Gecəki mərasimdə Suriyadakı müharibədən bəhs edən «Ağ dəbilqələr» sənədli filminə də «Oscar» verilib. Film Suriyada fəaliyyət göstərən, müharibədən əziyyət çəkən suriyalılara yardım etməkdən ötrü həyatını təhlükəyə atan xilaskarlara həsr olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG