Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 21:39

Dövlət Təhlükəsizliyi Xidməti casusluqla dövlətə xəyanətdə şübhəli sayıldıqları bildirilən Elşən Əmiri və Elçin Babayevi həbs edib.

Bu haqda qurumun ictimaiyyətlə əlaqələr şöbəsi xəbər verir.

DTX iddia edir ki, Elşən Əmiri və Elçin Babayevi xarici ölkə ərazisində (ölkənin adı açıqlanmır) xüsusi xidmət orqanı əməkdaşları yazılı iltizamla məxfi əməkdaşlığa cəlb ediblər.

Onların 2016-cı ilin yanvarından Azərbaycanın hüquq-mühafizə orqanlarının məxfi heyətinə daxil olan əməkdaşları, Müdafiə Nazirliyinin hərbi hissələri, onların döyüş potensialı və strateji əhəmiyyətli dövlət obyektləri barəsində məlumatlar topladığı bildirilir.

Bu il fevralın 20-də DTX Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti ilə birgə onları saxlayıb. Saxlama zamanı həmin şəxslərdən casusluq fəaliyyətlərinin nəticəsi olan maddi sübutların da ələ keçirildiyi deyilir.

Elşən Əmiri və Elçin Babayevə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. Barələrində həbs-qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslərin yaxınları və ya vəkilləri, hələlik, olayla bağlı hər hansı açıqlama verməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG