Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 10:03

«Fitch Ratings» beynəlxalq reytinq agentliyi SOCAR-ın (ARDNŞ) uzunmüddətli defolt reytinqini «BB+», qısamüddətli reytinqi «B», prioritet təmin olunmamış reytinqini «BB+» səviyyəsində təsdiq edib.

Emitentin uzunmüddətli defolt reytinqi üzrə proqnoz «mənfi»dir.

Hesabatda yazılır ki, bu, Azərbaycanın suveren reytinqlərinə uyğundur. Çünki SOCAR neft və qaz sənayesində ölkənin maraqlarını təmsil edir. Şirkət 100 faiz dövlətindir, neft və qaz hasilatının 20 faizi onun payına düşür. SOCAR ölkədə ən böyük işəgötürəndir, eləcə də dövlət büdcəsinə mühüm töhfə verir.

Agentlik reytinq proqnozunun «stabil»ə dəyişməsinə səbəb olacaq amilləri belə göstərib: «Büdcə mövqeyinin yaxşılaşması, enerji ehtiyatları qiymətlərinin sabit artımı, idarəçiliyin, biznes mühitin təkmilləşdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irəliləyiş».

Agentlik hesab edir ki, SOCAR-ın likvidliyi adekvatdır.

Beynəlxalq Maliyyə Hesabatı Standartlarının (BMHS) məlumatına əsasən, SOCAR 2016-cı il iyunun 30-da 3.8 mlrd. manata malik olub. Bunun 63 faizi banklarda dollarla hesablarda yerləşdirilib. Agentliyin qiymətləndirmələrinə görə, bu vəsait qeyd olunan tarixə 3.4 mlrd. manat məbləğində qısamüddətli borcun ödənilməsindən ötrü kifayətdir.

Hesabatda qeyd edilir ki, SOCAR üzrə proqnozlar 2017-ci ildə dünyada neftin 1 barrelinin qiyməti 45 dollar, 2018-ci ildə 55 dollar, 2019-cu ildə 60 dollar götürülməklə hesablanıb. Proqnozda manatın məzənnəsi 1 dollar – 1.89 manat kimi göstərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG