Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 00:17

Martin Schulz da maliyyə qalmaqalında


Martin Schulz

Almaniya kanslerriyinə namizəd Martin Shuls ( Martin Schulz) Avropa Parlamentinə sədrliyi dövründə maliyyə pozuntuları və dostbazlığa yol verməkdə şübhəli bilinir.

Bu barədə Almaniya KİV-ləri məlumat yayıb.

Avropa Birliyinin xüsusi idarəsi hazırda araşdırma aparır.

Söhbət vəzifə səlahiyyətlərini aşma və bir sıra şəxslərə əsassız pul mükafatları verilməsi kimi pozuntulardan gedir, xüsusilə də Şulsun mətbuat katibi və onun indiki seçkiqabağı kampaniyasının menenceri Markus Engelsdən.

Avropa Parlamenti üzrə idarə martın 3-dək məsələyə aydınlıq gətirməlidir.

Shuls hələ ki, məsələyə münasibət bildirməyib.

Avropa Parlamentinin keçmiş sədri Martin Shulsun yanvarın sonunda Almaniya kanslerriyinə namizədliyi verilib.

O, sosial-demokratları təmsil edir.

Martin Shuls bərabərlik və onun fikrincə ölkədə mövcud olan “dərin fikir ayrılığı”nın aradan qaldırılmasına çalışacağını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG