Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 04:07

R.Aslanlı: 'Manatın məzənnəsi ilə neftin qiyməti arasında əlaqə axtarmayın'


Rüfət Aslanlı

«Azərbaycanın manatının dollara nisbətən məzənnəsi neftin qiymətindən asılı olmadan formalaşır».

APA-nın xəbərinə görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

«Jurnalistlər və bizim bəzi deputatlarımız məzənnə ilə neft qiymətləri arasında əlaqə axtarırlar. Axtarmayın, tapa bilməyəcəksiniz. Çünki məzənnə ilə neft qiymətləri arasında əlaqə yoxdur. İndiki halda əlaqə yoxdur. Bu, bilərəkdən belə müəyyənləşdirilib. 1998-ci ildə biz Dövlət Neft Fondunu yaradanda bilirdik ki, bir il ərzində ölkəmizə ÜDM-in 5 qatı həcmində valyuta daxil olacaq. Ona görə, biz həmin valyutanı iqtisadiyyatdan sterilizasiya edirdik, həmin valyuta Dövlət Neft Fonduna gedirdi. Həmin dollar kütləsi bazara çıxmadığına görə onun məzənnəyə təsiri yoxdur. İndi dollar bazara necə çıxır? Dövlət Neft Fondu büdcə öhdəliklərini yerinə yetirmək üçün dollardakı vəsaitini bazara çıxarır, manata çevirir və büdcəyə transfert edir. Bu da yenə neftin qiymətləri ilə əlaqəli deyil. Çünki Dövlət Neft Fondu dolları ucuz olanda alıb, baha olanda satmır. Neftin qiymətinin bizim iqtisadiyyatın dayanıqlığına təsiri var. Amma neftin qiymətinin birbaşa dolların məzənnəsinə təsiri yoxdur», - deyə R.Aslanlı vurğulayıb.

Ancaq prezident İlham Əliyev 2015-ci il dekabrın 21-də baş verən devalvasiyadan sonra bunu məhz neftin qiymətinin ucuzlaşması ilə izah etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG