Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 00:06

Özbəkistanda partlayış olub, ölənlərin sayı açıqlanmır


Partlayış.

Özbəkistanın Fərqanə şəhərində kimyəvi məhsulların istehsal edildiyi zavodda partlayış olub. Rəsmilər tələfat olduğunu bildirir, amma ölənlərin sayını açıqlamırlar.

Özbəkistanın Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə gübrə və bəzi başqa kimyəvi məhsullar istehsal edən zavodun ammonyak hazırlanan sexində günorta saatlarında baş verib. Partlayış zamanı sexdə təmir işləri gedirmiş.

Fövqəladə Hallar Nazirliyi məsələni araşdırmaqdan ötrü xüsusi komissiyanın yaradıldığını, zədələnənlərin ailələrinə yardım ediləcəyini bildirib. Əlavə məlumat, hələ ki, verilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG