Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 06:07

Müəllimlər 4 aydır maaşlarını almadıqlarını deyir


Foto illüstrasiya.

Sumqayıt şəhər 11 saylı məktəbin müəllimləri 4 aydır maaşlarını almadıqlarını bildirirlər.

Onlar bununla bağlı «Qafqazinfo» saytına müraciət ediblər.

Saytın xəbərinə görə, müəllimlər bildiriblər ki, 2009-cu ildən pilot layihə kimi sözügedən məktəbdə inklüziv təhsil (sağlamlıq imkanları məhdud şəxslərin təhsili) verirlər. Müddətsiz müqavilə ilə işə qəbul olub, indiyə kimi də məktəblə əməkdaşlıq edirlər. İndi isə onlara layihə müddəti bitdiyindən əmək haqlarının ödənilməyəcəyi deyilib:

«Gah deyirlər ki, layihənin müddəti bitib, gah da ştatların qanunsuz artırıldığını iddia edirlər. 2009-cu ildən ötən ilin sentyabr ayına kimi 7 il işləyib maaşlarımızı almışıq. Əgər dedikləri doğrudursa, bəs bizə necə büdcədən maaş ayrılırdı? Ştat cədvəlləri hər il Maliyyə Nazirliyinin qeydiyyatından keçirilir. Təhsil Nazirliyi layihə ilə bağlı hər hansı bir qanun pozuntusu aşkar edibsə, cavabdehlərin məsuliyyətə cəlb olunması üçün Baş Prokurorluğa müraciət olunmalıdır, bizim 4 aylıq maaşlarımızı kəsmək yox».

Şikayətçilər bildirib ki, problemlə bağlı dəfələrlə Təhsil Nazirliyinə rəsmi müraciət olunsa da, cavab almayıblar.

Xəbərdə qeyd edilir ki, Təhsil Nazirliyi saytın da sorğusuna, hələlik, cavab verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG