Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 05:52

XİN: Xocalıda insanlar azərbaycanlı olduqlarına görə öldürülüb


XİN

Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd edilir ki, 25 il öncə insanlar Xocalı şəhərində ancaq azərbaycanlı olduqlarına görə öldürülüblər: «Ermənistan silahlı qüvvələrinin yerli sakinləri kütləvi öldürməsi, dərilərinin soyulması, başlarının kəsilməsi, hamilə qadınların süngülərə keçirilməsi və cansız bədənlərin eybəcər hala salınması əsaslı şəkildə sənədləşdirilib».

Sənəddə bu hal Ermənistanının etnik təmizləmə siyasəti kimi dəyərləndirilir. Sənədə görə, bütün bunlar insan hüquqlarına dair beynəlxalq konvensiyaların pozulmasıdır.

XATIRLATMA

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalını işğal edib.

613 nəfər dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG