Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 19:58

Məşvərət Şurasının toplantısı başlayıb


Qaz kəməri

Bu gün, fevralın 23-ü «Cənub Qaz Dəhlizi» Məşvərət Şurası çərçivəsində nazirlərin III görüşü başlayıb.

Xəbəri AZƏRTAC yayıb.

Xəbərə görə, Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən toplantıda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Tədbirə həmçinin, «Cənub Qaz Dəhlizi» layihəsinin iştirakçısı olan ölkələrin energetika nazirləri, müxtəlif qurumların təmsilçiləri və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroš Šefčovič də qatılıb.

«Cənub Qaz Dəhlizi»nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da keçirilib.

«Cənub Qaz Dəhlizi» layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. Layihənin 2018-ci ildə işə düşəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG