Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 14:59

Rusiya Suriyada yeni silahlarını sınaqdan keçirib


Sergei Shoigu

Suriyadakı əməliyyatlar həm ordunun, həm də yeni silahların sınaqdan çıxması baxımından çox uğurlu olub. Bunu Rusiyanın müdafiə naziri Sergei Shoigu parlamentdə çıxışında deyib. O, Suriyada 162 yeni rus silahının sınaqdan keçirildiyini, cəmi 10 silahın gözləntiləri doğrultmadığını söyləyib. S.Shoigu-nun dediyinə görə, əməliyyatlar başlayanı, yəni 2015-ci ilin sentyabrından bu yana Rusiyadan Suriyaya 1760 döyüşçü göndərilib və Rusiyanın hərbi pilotlarının 90%-i döyüş təcrübəsini Suriyada qazanıb.

Rusiya Suriya prezidenti Bashar əl-Assad-i müdafiə edərək, ölkədəki qiyamçılara qarşı geniş hava əməliyyatları keçirib. Nəticədə 100 minlərlə adam—qiyamçılar, dinc sakinlər, o cümlədən uşaqlar həlak olub, əhali ölkədən didərgin düşüb.

Qərb ölkələri Rusiyanın bu əməliyyatlarını pisləyib.

ABŞ prezidenti Donald Trump isə qaçqınların ölkəni tərk etməməsi üçün Suriyada «azad zona» yaradılmasını təklif edirdi. Rusiyanın xarici işlər naziri Sergei Lavrov dünənki çıxışında ABŞ-la bu məsələdə əməkdaşlığa hazır olduqlarını, Vaşinqtonun təklifini gözlədiklərini söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG