Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 23:26

Afrika şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək istəyir


Cənubi Afrika Respublikası şirkəti - «Paramount Group» Azərbaycandakı fəaliyyətini genişləndirmək niyyətindədir.

«Report»un xəbərinə görə, bunu fevralın 22-si IDEX-2017 müdafiə sərgisində «Paramount Group» şirkətinin rəhbəri Ivor Ichikowitz bildirib.

Onun deməsinə görə, şirkət ölkədə müdafiə sənayesinin qurulmasında Azərbaycana yardım etdiyindən qürur duyur.

I.Ichikowitz əlavə edib ki, şirkət aviasiya və gəmiqayırma sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır: «Bizim şirkətin gəmiləri Xəzərdəki şəraitə ideal uyğun gəlir».

«Paramount Group» 2010-cu ildən başlayaraq Azərbaycanda «Mbombe», «Marauder» minaya davamlı zirehli maşınların istehsalı, «Mi-24» və «Mi-17»" helikopterlərinin modernizasiyası layihələrini həyata keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG