Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 07:12

AXCP Neftçala rayon şöbəsinin gənc fəalı Elnur Fərəcov Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham edilir.

Bunu AzadlıqRadiosuna partiyanın sədr müavini Gözəl Bayramlı bildirib.

Gözəl Bayramlı deyir ki, E.Fərəcov ötən il dekabrın 9-u saxlanıb. Ancaq bəzi səbəblər üzündən həmin vaxt bu olay ictimaiyyətə açıqlanmayıb.

G.Bayramlının deməsinə görə, E.Fərəcov AXCP Neftçala rayon şöbəsinin Gənclər Komitəsinin fəallarındandır: «O, əvvəllər də bir neçə dəfə inzibati qaydada müxtəlif müddətə həbs olunub: 2016-cı ilin sentyabr aksiyasından sonra 5 sutka cəza alıb. Sosial şəbəkələrdə kifayət qədər fəal olub. Odur ki, E.Fərəcova qarşı narkotik ittihamı uydurmadır».

Sədr müavini qeyd edir ki, E.Fərəcov vəkil problemi ilə də üzləşib: «Bir vəkil müəyyən olundu, o, rayona getməkdən imtina etdi. Ancaq bu günlərdə Nemət Kərimli bu məsələyə qatılıb. Bu günlərdə Neftçala Rayon Məhkəməsində vəkilin E.Fərəcovun ev dustaqlığına buraxılması haqda vəsatətinə baxılıb və məhkəmə vəsatəti təmin etməyib. Bu gün ( fevralın 22-si) yenidən onun Kürdəxanıya gətirilməsi gözlənilir».

G.Bayramlı deyir ki, gənc fəal dekabrın 9-da aldadılaraq həbs edilib: «Dost adı ilə evdən bayıra çağrıblar və oradan da həbs edərək aparıblar. Ailələrinə təzyiqlər olduğuna görə internet səhifəsini bağlayıblar».

Sədr müavini gəncə Cinayət Məcəlləsinin 234.2 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama) maddəsi ilə ittiham irəli sürüldüyünü bildirir.

Məsələyə, hələlik, Neftçala rayon Polis İdarəsindən münasibət almaq mümkün olmayıb.

Son günlər AXCP-nin bir neçə fəalı inzibati qaydada həbs edilib. Onlara 20 gündən 30 günə kimi inzibati həbs verilib.

Bu partiyanın 10-a qədər fəalı isə cinayət məsuliyyətinə cəlb edilərək həbs edilib. Partiya onların şərlənərək siyasi sifarişlə həbs edildiyini bəyan edib. Hakimiyyət təmsilçiləri isə ölkədə siyasi həbslərlə bağlı deyilənləri qəbul etmirlər. Onlar deyirlər ki, həmin şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG