Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 03:22

Bloqqerin yaxınları apellyasiya şikayəti verib


Orduxan Teymurxan

Bu gün, fevralın 21-i Hollandiyada yaşayan azərbaycanlı bloqqer Orduxan Teymurxanın qardaşı Xanlar Teymurxanın və bacısı oğlu Səbuhi Zeynalovun inzibati qaydada həbs edilməsindən apellyasiya şikayəti verilib.

Bu haqda onların vəkillərindən Elçin Sadıqov məlumat verib.

Apellyasiya şikayətində hər ki şəxs barəsində qərarın ləğv edilməsi istənilir.

Vəkilin sözlərinə görə, bloqqerin əzizlərinin həbs edilməsi qanunsuzdur.

Buna da bax:​ C.Həsənli: 'XX əsrin ən böyük diktatoru Stalin belə...'

“Məhkəmə qərarına görə, guya Səbuhi ZeynalovXanlar Dadaşov Suraxanı rayonu Z.Zeynalov küçəsində pasport rejimi keçirilən zaman polisin qanuni əmrinə tabe olmayıblar. Halbuki, inzibati xətanın törədildiyi iddia olunan vaxt - fevralın 18-i saat 18.00-dan fevralın 20-si saat 16.00-dək qanunsuz olaraq Suraxanı rayon Polis İdarəsində saxlanılıblar, qərarda göstərilən ünvanda olmayıblar”, vəkil bildirib.

Vəkilə görə, hər iki şəxsin həbsi bilavasitə Orduxan Teymirxan-ın bloqqer fəaliyyəti, ictimai fəallığı ilə bağlıdır. Bu il Berlində Heydər Əliyevin simvolik heykəli yıxılan aksiyada Orduxan Teymirxan aparıcı olmuşdu.

Buna da bax: Bloqqer bacılarının polisdə incidildiyini deyir [yenilənib]

Xatırlatma

Fevralın 18-dən başlayaraq Hollandiyada yaşayan azərbaycanlı bloqqer Orduxan Teymurxanın 12 nəfər yaxını polisdə dindirilməyə aparılıb. Onların içərisində bloqqerin bacıları da olub.

Sonradan onlardan 2 nəfəri inzibati qaydada həbs edilib.

Bloqqerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli biliniblər. Onların hər ikisinə 30 sutka həbs cəzası verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG