Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 03:36

"Əsas Qarabağı qaytarmaqdır"


Ermənistan prezidenti Serj Sarkisiyan cəhhə bölgəsində

Fevralın 20-də Azərbaycanın separatçı bölgəsi Dağlıq Qarabağda “konstitusiya referendumu” keçirilib.

“Referendum”da qondarma Dağlıq Qarabağ rejimində “prezident idarəçiliyi”nin saxlanması və daha da gücləndirilməsi nəzərdə tutulur.

Azərbaycan XIN bu “referendumu” “siyasi təxribat” adlandırır və hesab edir ki, bu, danışıqlar prosesinə xələl gətirmək cəhdidir.

Qarabağdakı rejimin keçirdiyi “referendum”un heçə sayılması, bu cür tədbirlərin regiondakı separatçı rejimə legitim don geyindirmək cəhdlərinin neytrallaşdırılması üçün Bakının apardığı addımlar nə qədər effektivdir?

Konfliktoloq Elxan Mehdiyev deyir ki, bu məsələdə Bakının edə biləcəyi elə bir şey yoxdur. Onun sözlərinə görə işğal olunmuş ərazilərə ermənilər nəzarət edir və 20 il ərzində istədiklərini həmin ərazilərdə həyata keçirirlər.

Konfliktoloq bildirir ki, rəsmilərin təkbaşına qərar vermək imkanı yoxdur, hər şey birinci şəxsin iradəsindən asılıdır. Elxan Mehdiyev qeyd edir ki, Xarici işlər Nazirliyi “poetik” bəyanatlar verməklə kifayətlənir, buna isə heç kim məhəl qoymur.

Elxan Mehdiyev: "istədiklərini edirlər"
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00
Direct-ə keçid

Siyasi şərhçi Elxan Şahinoğlu bildirir ki, qondarma referendumun elə bil təsiri olmayacaq. Onun sözlərinə görə ermənilərin etdiyi dəyişikliklər beynəlxalq təşkilatların bölgəyə münasibətini dəyişməyəcək. Elxan Şahinoğlu deyir ki, ermənilərin bu məsələdə qazandıqları gərginlik olacaq.

Politoloqun fikrincə bu məsələyə bu və ya digər şəkildə beynəlxalq təşkilatın reaksiyasını istənilən səviyyədə olmasa da almaq mümkün oldu. Elxan Şahinoğlu qeyd edir ki, belə təxribatlardan sonra cəbhə bölgəsində gərginlik daha da artacaq.

Elxan Şahinoğlu: "gərginlik daha da artacaq"
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00
Direct-ə keçid

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Orucun sözlərinə görə Dağlıq Qarabağda baş verən proseslər Ermənistandakı proseslərlə eyni aparılır. Deputat bildirir ki, referendumda nəzərdə tutulan dəyişikliklərlə Dağlıq Qarabağın beynəlxalq aləmdə oturuşmuş adını dəyişdirmək mümkün olmayacaq.

Zahid Orucun sözlərinə görə, bu referendumun keçirilməsini heç bir ölkə, heç bir beynəlxalq təşkilat qəbul etmədiyindən onların bu ssenarisi baş tutmadı. Deputat deyir ki, Azərbaycan sadəcə referenduma görə deyil, Qarabağı qaytarma məsələsində ardıcıl, sistemli işlər aparmalıdır.

Zahid Oruc: "Əsas refrendum yox, Qarabağı qaytarmaqdır"
Gözlə

No media source currently available

0:00 0:06:37 0:00
Direct-ə keçid

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG