Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 06:25

Lütfi Məmmədbəyov anılacaq


Xalq artisti Lütfi Məmmədbəyov.

Dekabrın 23-də saat 15:00-də Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, xalq artisti Lütfi Məmmədbəyovun 90 illik yubileyinə həsr olunan xatirə tədbiri keçiriləcək.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosu-na verilən xəbərə görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə baş tutacaq.

Buna da bax:​ "İlk Azərbaycan operası necə yaranmışdı" - Ceyhun Hacıbəylinin xatirələrindən

Anım mərasimində Lütfi Məmmədbəyovun Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışılacaq, sənət dostları Hacı İsmayılov, Əminə Yusifqızı, Məleykə Əsədova, İlham Namiq Kamal, Məhərrəm Bədirzadə onunla bağlı xatirələrini bölüşəcəklər.

Mərasimin rejissoru Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərli, quruluşçu rəssamı İlham Əsgərovdur.

Lütfi Məmmədbəyov 6 fevral 1927-ci il fevralın 6-da Ağdaşda doğulub.

Bakı Teatr Texnikumunda (1943-1947) və M. A. Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsində (1961-1966) təhsil alıb.

Buna da bax: Azərbaycan dünya ölkələrinin kino qanunlarından nə öyrənə bilər? [Araşdırma]

1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb.

Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru, Azərbaycan televiziyasında 60-dan çox teletamaşanın rejissoru olub. Həmin televiziyada fərqli verilişlərin aparıcısı olub.

Azərbaycanda ilk çoxseriyalı televiziya filminin (teleserialın) rejissoru da Lütfi Məmmədbəyov olub. Əlibala Hacızadənin əsəri əsasında çəkdiyi 12 seriyalı "İtkin gəlin” tamaşası illərlə ekrandan düşməyib.

Buna da bax:​ "'Kinostudiyanın' monopoliyası milli kinonu məhv edir" - rejissorların etirazı

1953-cü ildə yaratdığı xalq teatrına 40 ildən çox rəhbərlik edib və adı teatr tarixinə şərəflə yazılan böyük aktyor nəsli yetişdirib.

Lütfi Məmmədbəyov kinofilmlərdə də çəkilib. “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Qızmar günəş altında”, “Göz həkimi”, “Leyli və Məcnun”, “Sehrli xalat” və başqa filmlərdə rol alıb.

Görkəmli sənətkar 2004-cü il fevralın 1-də Bakıda dünyadan köçüb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG