Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:57

Rusiya Yaxın Şərq ölkəsinə T-90MC tankları satır


A T-90 tankı

Rusiya T-90MC tanklarının satışı ilə bağlı böyük hərbi müqavilə imzalayıb.

Bu barədə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov məlumat verib.

Onun sözlərinə görə müqavilə İDEX-2017 sərgisi çərçivəsində imzalanıb.

Amma nazir ölkənin adını çəkməyib, təkcə onu qeyd edib ki, bu ölkə Yaxın Şərqdə yerləşir.

T-90MC tankları T-90 tanklarının təkmilləşdirilmiş formasıdır.

Bu tanklar ilk dəfə 2011-ci ildə keçirilən 8-ci beynəlxalq Russian Expo Arms sərgisi çərçivəsində təşkil edilən poliqonda nümayiş etdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG