Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:56

Sarkisian: “Azərbaycanda deyirdilər, bir həftəyə Xankəndidə çay içəcəyik"


Serzh Sarkisian

“Azərbaycan Ermənistanda seçkiqabağı kampaniyalar zamanı yeni təxribatlara əl ata bilər”.

Bunu Ermənistan prezidenti Serzh Sarkisian “Erkrapa” Könüllülər İttifaqının XI qurultayında deyib.

Sarkisian bildirib ki, 90-cı illərdə Azərbaycanda tez-tez dəyişən hər bir müdafiə naziri bir həftədən sonra Xankəndidə çay içəcəklərini vəd edirdilər, amma onlar nəin ki, Xankəndidə çay içə bilmədilər, həmçinin Ağdam, Laçın, Kəlbəcər, Fizuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarından da məhrum oldular.

Sarkisian deyib ki, Azərbaycanın istənilən təxribat cəhdinə qəti cavab veriləcək.

Qeyd edək ki, aprelin 2-də Ermənistanda növəti parlament seçkisi keçiriləcək.

Xatırladaq ki, Sarkisianın özü ötən ilin aprel döyüşlərindən sonra Ermənistanın güc qurumlarında bir sıra dəyişikliklər etmıək məcburiyyətində qaldı.

Bu dəyişiklik həmin vaxt müdafiə naziri olan Seyran Ohanyandan da yan keçmədi.

2016-cı il aprelin 2-5-i arası Dağlıq Qarabağdakı cəbhə xəttində gedən dördgünlük hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Azərbaycan və Ermənistan hakimiyyəti bir-birini atəşkəsi pozmaq, münaqişəni qızışdırmaqda ittiham edir.

Azərbaycan prezidenti İlham Əliyev həmin döyüşlərdə 2 min hektar ərazinin işğaldan azad edildiyini deyir.

Foto arxiv
Foto arxiv

Ohanyan bundan sonra siyasi fəaliyyətə başlamaq və qarşıdan gələn parlament seçkisində mübarizə aparmaq qərarına gəldi.

İndi o, seçkiyə keçmiş xarici işlər naziri Vardan Oskanyanla bir blokda gedir.

Bu bloka müxalifətdə olan “Milli özünütəyinetmə” birliyi, “Üçüncü respublika” və “Demokrat” partiyaları da daxildir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG