Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:28

Bayram Məmmədov 13 saylı cəzaçəkmə müəssisəsinə köçürüldü


Keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazandan sonra narkotik ittihamı ilə həbs olunan gənclərdən biri Bayram Məmmədov 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu haqda gənc fəalın vəkili Elçin Sadıqov məlumat yayıb.

Bayram Məmmədov və Qiyas İbrahimov
Bayram Məmmədov və Qiyas İbrahimov

Beynəlxalq insan haqları təşkilatlarının “vicdan məhbusu” elan etdiyi şəxslərdən NİDA-çı gənc İlkin Rüstəmzadə, AXCP üzvü Murad Ədilov da hazırda 13 saylı cəzaçəkmə müəssisəndə saxlanılır.

Bayram Məmmədovu digər gənc fəal Qiyas İbrahimovla 2016-cı il mayın 10-da saxlanılıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı bildirilib. Ancaq gənclər bu ittihamları qəbul etmir və keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazdıqlarına görə həbs olunduqlarını bəyan ediblər.​

Qiyas İbrahimov
Qiyas İbrahimov

Gənclərin hər ikisi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də hər iki fəal haqqında hökmləri qüvvədə saxlayıb.

“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı B.Məmmədov və Q.İbrahimovu “vicdan məhbusu” elan edib. Yerli və beynəlxalq insan haqları təşkilatları onlarla məhbusun siyasi motivli ittihamlarla cəza çəkdiyini bildirir. Amma hakimiyyət təmsilçiləri “siyasi məhbus” terminini qəbul etmir, fərdlərin konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

Məhkəmə gənc fəalların iddialarını rədd etdi
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG