Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 06:31

Fevralın 17-si İstanbulda V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu işə başlayıb.

Xəbəri AZƏRTAC yayıb.

Forumun Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirildiyi bildirilir.

Biznes-forumda Azərbaycan, Türkiyə və Gürcüstan geniş nümayəndə heyəti ilə təmsil olunur.

Xəbərdə qeyd edilir ki, toplantının rəsmi açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Türkiyənin iqtisadiyyat nazirinin müavini Fatih Metin, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Gakharia çıxış ediblər.

Tədbir panellər üzrə davam etdirilir.

Biznes-forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli və üçtərəfli görüşlər keçirəcəklər.

Biznes-forumda məqsəd iqtisadiyyatın bütün sahələri üzrə Azərbaycan, Türkiyə və Gürcüstan iş adamları arasında yeni əlaqələrin və əməkdaşlığını qurulmasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG