Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 22:10

Pakistanda partlayışda 30 uşaq ölüb


Pakistanda terror.

Pakistanda partlayışda ölənlərin sayı 80-ə çatıb. Ölənlərdən azı 30-u uşaqdır.

Hadisə dünən—fevralın 16-da ölkənin cənubundakı Sind vilayətində, izdihamlı sufi pirlərindən birində baş verib. İntiharçının üzərindəki bomba daha çox qadınların toplandığı hissədə işə düşüb. Uşaqların ölümünə səbəb elə budur.

Partlayışa görə məsuliyyəti «İslam Dövləti» (İŞİD) terror təşkilatı üzərinə götürüb.

Pakistanın baş naziri Nawaz Sharif hadisəni pisləyib, bunun ölkənin gələcəyinə hücum olduğunu bildirib.

Yaralıların sayı 150-ə yaxındır. Onlardan bəzilərinin durumu ağır olduğundan ölü sayının artacağı gözlənir.

Sind vilayətində 3 günlük matəm elan olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG