Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 04:02

Trump-ın köməkçisi ilə bağlı qalmaqal səngimir


Michael Flynn

ABŞ-da prezident Donald Trump-ın köməkçilərinin Rusiyayla əlaqələrinin araşdırılmasını istəyənlərin sayı artmaqdadır. Tələbə daha çox respublikaçı, hətta D.Trump-ı dəstəkləyənlər də qoşulublar.

Senatın Məhkəmə Komitəsinin respublikaçı və demokrat liderləri baş prokuror Jeff Sessions və Federal Tədqiqat Bürosunun (FBI) direktoru James Comey-ə müraciət ediblər. Onlar Ağ evin təhlükəsizlik məsələləri üzrə müşaviri Michael Flynn-in istefasıyla bağlı hesabat istəyirlər. M.Flynn vəzifəsinin icrasına başlamazdan əvvəl rus diplomatlarıyla əlaqə saxlamaqda, onlarla sanksiyaları müzakirə etməkdə günahlandırılandan sonra istefaya gedib. Bu istefada həm prokurorluğun, həm də FBI-ın iştirakıyla bağlı məlumatların yayılması konqresmenlərdə suallar yaradıb.

Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Corker-in çıxışları Ağ evə təzyiqləri bir az da artırıb. O, Rusiya məsələsinin D.Trump-ın gündəliyini təhlükə altında qoyduğunu söyləyib, həmçinin M.Flynn-in Konqres qarşısına çıxmalı olduğunu deyib. B.Corker də D.Trump-i dəstəkləyənlərdən biri idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG