Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 04:08

İ.Əliyev ABŞ-ın Baş Qərargah rəisini qəbul edib


Joseph Dunford

Prezident İlham Əliyev fevralın 16-da ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Joseph Dunford-un başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin hərbi, siyasi, iqtisadi, enerji, müdafiə və təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulanıb.

General Joseph Dunford Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirib. Azərbaycana Əfqanıstana yük daşımalarına önəmli töhfə verdiyinə görə təşəkkürünü bildirib.

Söhbət zamanı ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsi sədrinin Azərbaycana səfərinin müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

İki ölkə arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyi vurğulanıb.

Fevralın 16-da general Joseph Dunford-un Bakıda rusiyalı həmkarı Valery Gerasimov-la görüşəcəyi gözlənilir

Bu haqda ABŞ-ın Baş Qərargah Rəisinin Ofisi məlumat yayıb.

Onların iki ölkə arasındakı hərbi münasibətlərin hazırkı durumunu müzakirə edəcəyi qeyd edilir.

«Hərbi liderlər ABŞ-Rusiya arasında mümkün problemləri önləmək üçün, hərbi əlaqələrin davamlı və aydın olmasının önəmi də daxil olmaqla, fərqli mövzuları müzakirə edəcəklər», deyə ABŞ-ın Baş Qərargah Rəisinin Ofisinin xəbərində bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG