Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 20:01

Milli Qəhrəmanın ailəsinə mənzil verilib


İ.Əliyevin Ç.Qurbanovun ailəsi ilə görüşü.

Azərbaycan prezidenti İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə mənzil verib.

Bu haqda AZƏRTAC xəbər yayıb.

Xəbərdə qeyd edilir ki, dövlət başçısı Ç.Qurbanovun ailəsinə Bakı şəhərində üçotaqlı mənzil ayrılması və həmin mənzildə təmir işlərinin həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına göstəriş verib.

Milli Qəhrəmanın ailəsinə Qusar rayonunda ayrılmış torpaq sahəsində fərdi evin tikintisi ilə bağlı da tədbirlər görülür.

XATIRLATMA

Ç.Qurbanov 2016-cı il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı toqquşmada həlak olub. Ancaq onun meyiti bir müddət Ermənistan tərəfində qalıb.

Ç.Qurbanovun nəşi 2017-ci il fevralın 5-də alınıb. O, fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.

Fevralın 7-də isə İ.Əliyev Ç.Qurbanova ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilməsi barədə sərəncam imzalayıb.

Prezident fevralın 9-da da Milli Qəhrəman Ç.Qurbanovun ailə üzvləri ilə görüşmüşdü.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG