Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 23:06

DTX fəalları əməkdaşlığa cəlb edir?


Rəşad Həsənov, 2013-cü il

NİDA hərəkatının keçmiş üzvü, siyasi məhbus olmuş Rəşad Həsənov Avropaya mühacirət etmək məcburiyyətində qalıb. Bu barədə onun özü feysbukda məlumat paylaşıb. R.Həsənov yazıb ki, DTX onu əməkdaşlığa cəlb edibmiş və vəziyyətdən çıxmaq üçün mühacirət etməyə üstünlük verib.

O, Facebookda yazır:

“Həbsimin bitməsinə 3 ay qala DTX əməkdaşı cəza çəkmə müəssəsinə gələrək məndən iltizam imzalamağı tələb etdi. İltizamın məğzi belə idi ki, azadlıqda olanda xarici dövlətlərin xüsusi xidmət orqan əməkdaşları mənə yaxınlaşsa bunu onlara bildirməliydim. İmzaladım.

Azadlığa çıxdıqdan sonra hər ay mənimlə görüşüb ictimai şəxslər və beynəlxalq təşkilatlarla keçirdiyim görüşlər, qrantlar haqqında suallar verirdilər. Başlarda, qeyri səmimi davrandığım təqdirdə özümdən əlavə qardaşım üçün də pis olacağı ilə məni təhdid etdilər. 3 il həbs, xüsusilə 6 saylı CÇM görmüş biri kimi bunun zarafat olmadığını çox gözəl başa düşürdüm və ciddi qorxurdum. Mən də, əgər soruşulan məlumatlar etibar etmədiyim kimlərsə tərəfindən də bilinirsə (onların demə ehtimalını nəzərə alaraq) deyirdim. Heç kimə zərər verə biləcək nəsə məlumata demək olar ki, sahib deyildim.

Əlimdən gəldiyi qədər ictimai sektordan da uzaqlaşmışdım. Qeyri rəsmi aktiv olmasam da rəsmi olaraq Nidadan oktyabrın 4-ü çıxdım.

Bunu heç kimə deyə də bilmirdim. Çünki çox riskliydi və belə şeyi deməyə üzüm də gəlmirdi. Düşünürdüm ölkədən bir dəfəlik gedənə kimi dözüm. Bir dəfəlik ABŞ-a getmək istəyirdim amma bunun üçün də maddi imkanım əl vermirdi. Sonunda bir dostumla danışdım və qərar verdim ki, martın sonu gedim.

Yanvarın sonu bir hadisədən sonra artıq dözülməz hal aldı və mən də qaçdım ölkədən. Hazırda Avropadayam.”

Hüquqşünas Aslan İsmayılov deyir ki, bu ənənə sovet dövründən qalıb. Onun sözlərinə görə, insanları agentliyə sövq edənlər insanların mənəviyyatına elə bir zərbə vurur ki, bunun bədəlini heç bir kompensasiya ilə ödəmək mümkün deyil. Hüquqşünas deyir ki, Dövlət Təhlükəsizlik Xidməti dövlətə deyil, hakimiyyətin qorunmasına daha çox xidmət edir.

Aslan İsmayılov: "bu ənənə sovet dövründən qalıb".
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00
Direct-ə keçid

Siyasi şərhçi Azər Rəşidoğlunun fikrincə, avtoritar cəmiyyətlərdə təhlükəsizlik strukturlarının agentura şəbəkəsindən istifadəsi qorxulu bir tendensiyadır. Onun sözlərinə görə, Azərbaycanda demokratik institutların sıradan çıxarıldığı bir vaxtda agenturanın iqtidar və müxalifət savaşına cəlb olunması təhlükəlidir. Siyasi şərhçi deyir ki, son açıqlamalar onu göstərir ki, QHT sektorunda, mediada, müxalifət cəbhəsində kifayət qədər agent olması üzə çıxır.

Azər Rəşidoğlu: "qorxulu bir tendensiyadır"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00
Direct-ə keçid

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyir ki, hər şey idarəetmə sistemindən asılıdır. Onun sözlərinə görə demokratik ölkələrdə təhülkəsizlik xidmətlərinin bu cür yanaşması yoxdur. Ekspert bildirir ki, bu gün idarəetmə sistemi elə qurulub ki, xüsusi xidmət orqanları və hüquq mühafizə orqanlarının əli ilə ictimai fəaliyyətə müdaxilə edirlər.

İlham İsmayıl: "demokratik ölkələrdə təhülkəsizlik xidmətlərinin bu cür yanaşması yoxdur"
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00
Direct-ə keçid

AzadlıqRadiosu məsələ ilə bağlı DTX-nin fikrini öyrənməyə çalışıb. Amma mətbuat xidmətindən hər hansı açıqlama almaq mümkün olmayıb.

XS
SM
MD
LG