Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 00:42

Şimali Koreya prezidentinin qardaşını öldürüblər?


Kim Jong-Un

Şimali Koreya prezidenti Kim Jong Un-ın ögey qardaşı Kim jong Nam-ın Malayziyada öldürüldüyü bildirilir.

Bu barədə fevralın 14-də Reuters agentliyinə Cənubi Koreya hökumətindəki mənbələr məlumat verib.

Amma Cənubi Koreyanın xarici işlər nazirliyi hələlik bu məlumatı təsdiqləməyib.

Malayziya polisi də Reuters agentliyinə, fevralın 14-də Şimali Koreyadan olan naməlum bir adamın, Kaula-Lumpur hava limanından xəstəxanaya gedən yolda öldüyünü bildirib.

Cənubi Koreyanın “Yonhap” xəbərlər agentliyi TV Chosun kanalına istinadla iki naməlum qadının Kaula-Lumpur hava limanında ona zəhərli iynələrlə hücum etdiklərini xəbər verir.

Məlumata görə qadınlar dərhal aradan çıxıblar və polis hesab edir ki, bu hücumun arxasında Şimali Koreyanın özü durur.

RBK-nın məlumatına görə, Kim jong Nam, 2011-ci ildə vəfat edən keçmiş Şimali Koreya prezidenti Kim Jong İr-in böyük oğludur. O, keçmiş prezidentin Sung He Rim adlı aktrisadan qanunsuz oğlu hesab olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG