Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 05:51

S.Novruzovdan bələdiyyələrə: 'Qorxurlar seçilməzlər...'


Siyavuş Novruzov

Parlamentin fevralın 14-də keçirilən toplantısında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bələdiyyələrin say və tərkibinin azaldılmasını təklif edib.

«Report»un xəbərinə görə, S.Novruzov bələdiyyələrlə bağlı İllik Məruzənin müzakirəsində bu təkliflə çıxış edib: «Bakının bir rayonundan 19 bələdiyyə üzvü seçilir. Kiçik bir kənddə 5-7 nəfər üzv olur, bu bələdiyyələri birləşdirmək lazımdır».

S.Novruzov bələdiyyə üzvlərini tənqid də edib: «Düşünürlər ki, ola bilər, növbəti mərhələdə seçilməzlər, ona görə nə varsa, xərcləyirlər. Qorxurlar seçilməzlər...Vaxtilə bələdiyyələr qeyri-neft sektoru üçün böyük işlər görə bilərdilər. Əsasən də buraya kənd bələdiyyələri daxildir. Təəssüf ki, əldə olunan vəsaitlərin hamısını mebelə, maşınlara və əmək haqlarına sərf etdilər».

Azərbaycanda bələdiyyələr 1999-cu ildən fəaliyyətədir. Müstəqil ekspertlər onların səlahiyyətlərini yetərli saymırlar. Ekspertlərin fikrincə, Azərbaycanda bələdiyyələr icra orqanlarından asılıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG