Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 08:16

Cənub və qərb rayonlarında qar gözlənir


Qar

Fevralın 15-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, gecə yarımadada 2 dərəcə şaxtadan 1 dərəcəyə kimi isti, gündüz 4-7 dərəcə isti, Bakıda gecə 1 dərəcə şaxta, gündüz 4-6 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında da yağıntı gözlənilmir. Lakin bəzi cənub və qərb rayonlarında qar yağacağı bildirilir. Gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG