Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 23:47

Təhlükəsizlik Şurası xəbərdarlıq edib


Şimali Koreya ballistik raket sınaqdan çıxarıb
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

Şimali Koreya ballistik raket sınaqdan çıxarıb

Dünən-fevralın 13-də BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket sınaqlarıyla bağlı təcili iclasını keçirib. Şura sınaqları pisləyib və Şimali Koreyaya ciddi tədbir planıyla bağlı xəbərdarlıq edib.

Təhlükəsizlik Şurasının bəyanatında deyilir ki, Şimali Koreyanın nüvə qabiliyyətini inkişaf etdirmək yönündə fəaliyyətləri BMT qətnamələrini pozur, gərginliyi artırır. Şura həmçinin, təşkilat üzvlərini BMT-nin Pxenyana qarşı sanksiyalarını ciddi şəkildə tətbiq etməyə çağırıb.

Şimali Koreya BMT qətnamələrini adətən rədd edir. Bütün etiraz və notalara baxmayaraq, fevralın 11-də ölkə yenidən nüvə başlığı daşımağa qadir raketlərini sınaqdan keçirib. Bununla Pxenyanın ona qarşı sərt mövqe tutmuş yeni ABŞ administrasiyasına mesaj göndərdiyi güman olunur.

«Şimali Koreya böyük, çox böyük problemdir, biz bu problemin öhdəsindən möhkəm gələcəyik». ABŞ prezidenti Donald Trump belə deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG