Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 07:10

Yaponiya Rusiyaya qəzəblənib


Kuril adaları

Rusiyanın yaponlarla mübahisəli adalara yeni adlar verməsi Tokioda ciddi narazılığa səbəb olub.

Söhbət Yaponiyada «Şimal əraziləri», Rusiyada isə «Cənubi Kuril adaları» kimi tanınan 5 adadan gedir. Keçən həftə Rusiyanın baş naziri Dmitry Medvedev adalara keçmiş rus hərbçi və diplomatlarının adlarının verilməsi haqda sərəncam imzalayıb.

«Bu, qəbuledilməzdir və Yaponiyanın mövqeyinə ziddir. Biz diplomatik kanallar vasitəsilə Rusiyaya etiraz notamızı göndərmişik». Bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoshihide Suga deyib. Kuril adalarını Sovet əsgərləri 1945-ci ildə--Yaponiyanın müharibədə məğlubiyyətindən sonra ələ keçiriblər. Adalarla bağlı mübahisələr Rusiyayla Yaponiyanın müharibədən sonra sülh razılaşması imzalamasına əngəl olub. Son zamanlar Yaponiya bu mübahisələri danışıqlarla həll etməyə çalışırdı.

XS
SM
MD
LG