Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 14:45

Trump-ın təhlükəsizlik müşaviri istefaya getdi


Michael Flynn

Ağ evin mili təhlükəsizlik məsələləri üzrə müşaviri Michael Flynn istefa verib. Səbəb müşavirin təyinatından az əvvəl Rusiyanın ABŞ-dakı səfiriylə söhbəti, daha doğrusu söhbətin mövzusuyla bağlı qalmaqaldır. Telefon danışıqlarının keçmiş prezident Barack Obama-nın Rusiyaya yeni sanksiyalar qoyduğu günə təsadüf etməsi şübhələr doğurub.

M.Flynn ABŞ rəsmilərinə səfirlə söhbət zamanı sanksiyalardan danışmadığını deyib və vitse-prezident Mike Pence TV müsahibələrindən birində müşavirə zamin olduğunu söyləyib. Ancaq M.Pence-in çıxışından bir neçə həftə sonra M.Flynn özü sanksiyalar məsələsinə toxunduğunu istisna etməyib. Bu isə ABŞ qanunlarına ziddir.

M.Flynn seçki kampaniyası zamanı D.Trump-ın ən loyal dayaqlarından biri olub. Ancaq onun Ağ evdə fəaliyyəti bir ay da çəkmədi. Bu, prezidentin müşavirlər komandası üçün adi hal deyil. Komanda adətən belə tezliklə ələnmir.

Ağ ev milli təhlükəsizlik müşaviri vəzifəsinə, hələlik, təqaüddə olan general Keith Kellogg-un təyin edildiyini bildirir.

XS
SM
MD
LG