Rusiyanın müdafiə nazirliyi Suriyaya hərbi polis batalyonu göndərib.
Batalyon Rusiyanın Suriyadakı aviasiya qrupunun təhlükəsizliyini təmin edəcək.
Bu barədə TASS agentliyi İnquşetiya rəhbəri Yunus-Bek Evkurova (Yunus bəy Yevkurov) istinadla məlumat yayıb.
“Rusiya müdafiə nazirliyinin hərbi polis batalyonu sülhməramlı missiya çərçivəsində İnquşetiyadan Suriyaya göndərilib” Evkurov Maqasda keçirilən toplantıda deyib.
Onun sözlərinə görə,batalyon Rusiyanın Suriyadakı aviasiya qrupu və atəşkəslə bağlı mərkəzin təhlükəsizliyini təmin edəcək.