Azərbaycanlı alpinistlərdən ibarət qrup Avropanın ən yüksək zirvəsinə - Elbrus dağını (5646 m.) bu il fevralın əvvəllərində fəth edib.
Bunu komandanın lideri Firuz Dadaşov bildirib. Azərbaycan alpinizminin tarixində ilk dəfədir ki, Elbrus dağına çıxılır.
F.Dadaşovun sözlərinə görə, alpinistlər son bir neçə günü dağlarda keçiriblər, müxtəlif yüksəkliklərə qalxıblar.
Buna da bax: Azərbaycanlı alpinistlər Şimali Uşba zirvəsində
Texniki baxımdan mürəkkəb olmayan Elbrus dağına qış mövsümündə qalxmaq çətin olur. Güclü külək və şaxta nəinki qalxmanı, həm də uzun müddət marşrutda qalmanı çətinləşdirir.
“Fevralın 1-dək zirvəyə uğurla qalxdıq”, - F.Dadaşov bildirib.
Komandanın digər üzvü Əhməd Əliyev F.Dadaşovla birlikdə 2016-cı ilin yayında Cənubi Uşbaya qalxıb.