Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:07

"La-la Land" müzikli Britaniyada ilin ən yaxşı filmi seçilib


La-La Land filminin baş rol ifaçıları Ryan Gosling və Emma Stone.
La-La Land filminin baş rol ifaçıları Ryan Gosling və Emma Stone.

"La-La Lend" müzikli Britaniya kino və televiziya sənətləri akademiyasının (BAFTA) "Ən yaxşı film" nominasiyası üzrə mükafatını qazanıb. Bundan əvvəl film Amerika Kinoakademiyasının "Oscar" mükafatına da 14 nominasiyada namizəd olmuşdu

Film Britaniya kinotəqaüdünün daha dörd nominasiyada mükafatını alıb.

Londondakı Royal Albert Hallda baş tutan mükafatlandırma mərasimində filmin rejissoru Damien Chazelle "Ən yaxşı rejissor" mükafatına, baş rol ifaçısı Ryan GoslingEmma Stone isə "Ən yaxşı aktyor" mükafatlarına layiq görülüblər. Bundan başqa film kinematoqrafiya və bəstəkar işinə görə də mükafata layiq görülüb. Ümumilikdə filmin Britaniya kinoakademiyasında 11 nominasiya üzrə mübarizə aparırdı. Bu il "BAFTA" mükafatının təqdimetmə mərasimini ingilis yazıçısı və aktyoru Stiven Fray aparıb.

Buna da bax: 'La La Land' rekordları qırıb – 7 mükafat alıb

Xatırladaq ki, "BAFTA" mükafatı hər il kinematoqrafiya, televiziya sənəti, kompyuter oyunları və uşaqlar üçün sənət növləri üzrə verilir. 2016-cı ildə həmin mükafat beş nominasiya üzrə Alexandro İannaritunun çəkdiyi Leonardo Di Caprionun baş rolunda oynadığı "Sağ qalan" filminə verilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG