Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 09:15

Koreya sınaqlarını təsdiqlədi. BTM təcili iclas keçirir


Şimali Koreya ballistik raket sınaqdan çıxarıb
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

Şimali Koreya ballistik raket sınaqdan çıxarıb

Şimali Koreya orta uzaqmənzilli ballistik raketini sınaqdan keçirdiyini təsdiqləyib. Bu bəyanatdan sonra Birləşmiş Ştatlar, Cənubi Koreya və Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağrılması istəyiblər.

Raket sınaqlarını Cənubi Koreya da, Pentaqon da qeydə almışdı. Bu gün-fevralın 13-də isə Şimali Koreyanın KCNA agentliyi raketin növü haqda məlumat yayıb. Agentlik sınaqdan keçirilən yeni silahın nüvə başlığı daşıya bilən «Pukguksong-2» raketi olduğunu yazır. KCNA raketin fevralın 12-də, həm də bilərəkdən uzaq məsafəyə atıldığını, qonşu ölkələrin təhlükəsizliyi məsələsinin nəzərə alındığını vurğulayır.

Agentliyin yazdığına görə, sınaqlarda ölkə lideri Kim Jong Un da iştirak edib və ölkəsinin daha bir qorxulu nüvə silahına sahiblənməsindan məmnunluğunu bildirib.

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın sınaqlarıyla bağlı durumu bu gün müzakirə edəcək.

XS
SM
MD
LG