Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 14:45

Türkmənistanda səsvermə başa çatdı


Seçkilər

Türkmənistanda prezident seçkiləri başa çatıb. Ölkə tarixində ilk dəfə olaraq seçkidə müxtəlif partiyaların təmsilçiləri—9 namizəd iştirak edib. Amma müşahidəçilər bu alternativlərin formal xarakter daşıdığını, prezident Gurbanguly Berdymukhammedov-un yenidən seçilməsinin əvvəldən təşkil olunduğunu deyirlər.

AzadlıqRadiosunun türkmən xidmətinin verdiyi məlumata görə, seçkidən 2 gün əvvəl—fevralın 10-da Aşqabad məktəblilərinə seçki bülletenlərini G.Berdymukhammedov-un xeyrinə doldurmaq barədə göstəriş verilib. Radionun məntəqələrdə olan müxbirləri səsverməyə gələnlərin az olduğunu deyirlər. Rəsmi məlumatda isə səsvermənin başladığı 6 saat ərzində seçicilərin 74%-nin prosesə qatıldığı bildirilir.

Beləliklə, G.Berdymukhammedov-un daha 7 il hakimiyyətdə qalacağı gözlənir.

Dünən-fevralın 12-də məktəblərdən birində çıxış edən prezident seçkinin nəticələrinin xalqın gələn 7 illik taleyini müəyyən edəcəyini söyləyib, «Seçilsəm, xalqın rifahına yönəlik siyasətimizi davam etdirəcəyəm», - deyib.

XS
SM
MD
LG