Keçid linkləri

2025, 11 İyul, Cümə, Bakı vaxtı 03:12

"Qaranın əlli çaları" nələrlə yadda qalıb...


"Bozun əlli çaları" filmi Berlin film festivalında.
"Bozun əlli çaları" filmi Berlin film festivalında.

Bu günlərdə “Bozun əlli çaları” filminin ikinci seriyası "Qaranın əlli çaları" artıq dünya premyerasını gerçəkləşdirib. Film bestsellerlər müəllifi yazıçı E. L. James-in melodrama və erotik məzmunlu trilogiyası əsasında çəkilib. Filmə gələn tənqidlər və rejissor Sam Taylor-Johnson-la yazıçı arasındakı münaqişələr nəticəsində yazıçı rejissoru dəyişdirib. “Bozun əlli çaları” seriyasından yeni filminin rejissoru James Foley olub. James Foley indiyə qədər “Kartdan ev”, “Hannibal” və “Milliardlar” kimi popluylar serialların rejissoru olub. Oxu Zalı rejissorun son filmi haqqında Rusiya mediasına verdiyi müsahibəsini təqdim edir.

- “Qaranın əlli çaları”nı çəkməyə razılıq verərkən Sam Tailor-Johnson-un çəkdiyi ilk bölümdə nəyin yaxşı, nəyin pis olduğunu düşündünüzmü? Necə düşünürsünüz yeni filmi çəkməyə dəyərdimi?

Yazıçı E. L. James-in "Bozun əlli çaları" kitabı azərbaycanca.
Yazıçı E. L. James-in "Bozun əlli çaları" kitabı azərbaycanca.

- E. L. James-in kitabını oxuyaraq gəldiyim əsas nəticə budur ki, yazıçı orda çox özəl bir dünya yaradıb. Bu dünya ekranda da müvafiq olaraq hiss olunmalıdır. İlk filmdəki yumoru hiss edə bilmirdim – axı James-in trilogiyası çox gülməlidir. Düşünürəm ki, biz bu şuxluq, hissiyyatlılığı filmdə əks edə bilmişik. Film boyu hətta mütəmadi seks səhnələrində belə qəhramanlar yumor hissini itirmir, daim bir-biri ilə zarafatlaşır. “Bozun əlli çaları”nın ilk bölümündə isə seks səhnələri həddsiz ciddiyyət üzərində qurulub, bu da filmə sünilik gətirib. Beləliklə, çalışdım seks səhnələrinin emosiyadan xali olmadığını və ekranda normal, canlı, hissləri olan insanların oynadığını göstərim.

Buna da bax: Erotik filmin treyleri etirazla qarşılandı - Video

- Bu cür böyük studiya filmi, bir layihənin parçası, ssenarisi məşhur kitab seriyasının əsasında yazılmış və kitabın müəllifi də prodüser rolunda çıxış edərkən yəqin ki, bu işin özünəməxsus bir önəmi var. Sizinçün bu önəm nədir?

- Qadın və kişi arasında münasibətlərin çox qarışıq və mürəkkəbliyini göstərən film çəkmək mənə maraqlı gəldi. Film onlar arasında münasibətin dinamikasının dəyişməsi, get-gedə daha dolğun və ciddi hal almasını əks etdirir. Anastasia böyük həyata yenicə atılır, ilk işinə başlayır, Christian isə onun həyatına müdaxilə etməyəcəyini desə də, bundan özünü çəkindirə bilmir. Bu mübarizənin seksdə əks etdirmək məni hər şeydən çox özünə çəkirdi. Siz bu cəhətin ilk filmlə müqaisədə dəyişdiyini görəcəksiniz. Ümumiyyətlə, seks insanın fantaziyası və müvafiq olaraq psixoloji göstəriciləri ilə çox bağlıdır, seks zamanı davranışlar, çox vaxt insanın seçimləri və xarakteri haqda şeylər deyir bizə. Bununçün də istərdim yataq səhnələri bəzi filmlərdə yuxunun əks olunduğu kimi tamaşaçıya qəhramanlar haqda hansısa həqiqətləri, məlumatları çatdırsın. Elə bu məqsədlə də filmdə seks səhnələrini qəhramanların münasibətindəki dinamikada dönüş nöqtəsi kimi istifadə etməyə qərar verdim.

- Elə sizin əvvəlki filmlərinizin bir çoxu da hakimiyyət uğrunda mübarizədən bəhs edir. Hələ ən parlaq filminiz “Kartdan ev” filminizi demirəm.

Amerikalı rejissor James Foley.
Amerikalı rejissor James Foley.

- Bəli, doğrudur.

Buna da bax: Dünyada 70 milyon tirajla satılmış erotik roman Bakıda çap edildi

- Filmin ikinci hissəsinin trilogiyada ən çətin hissə olduğu deyilir. İlk seriyada surətlər tamaşaçılara təqdim olunur, üçüncüdə isə əhvalat və süjet bitir. Bəs siz “Bozun əlli çaları”nın başlanğıc və kuliminasiya arasında körpü deyil öz-özülyündə maraqlı olması üçün nələr etdiniz?

- “Bozun əlli çalarında” düyünlərin açılması mərhələsi çox xoşuma gəlir. Elə indilərdə onun montajı ilə məşğuluq. Filmin mövzu olduğu əsər öz-özlüyündə hər şeyi izah edir. Düyünlərin açılması mərhələsi o qədər gərginliklə müşahidə olunur ki, heç əvvəlki seriyaya baxmasan belə orda baş verənləri təxmin edə bilirsən. Bu seriyadakı surətlər çox dramatik və maraqlı şəkildə dəyişirlər, onların münasibətlərindəki dramatizm nəzərə çarpır. Bu mənada ikinci bölüm emosional yükü ən çox olan bölümdür. Anastasia və Christian vaxtın çox hissəsini münasibətlərdə rollarını müəyyənləşdirməklə məşğul olurlar. Bu onların ikisini üçün də nə isə yeni bir şeydir. Filmin sonluğunda şərin yenidən ortaya çıxması könlümcədir, bu elə hiss yaradır ki, sanki biz eyni şeyləri növbəti bölümdə yenə görəcəyik. Əlbəttə bir seriyalı filmdə belə şey olmazdı, ancaq auditoriyanın təbiətini nəzərə almaq lazımdır. Kitab trilogiyasının pərəstişkarlarına ikinci bir filmi çəkməyə heç ehtiyac belə yox idi. Kitabı oxumayanlar üçün isə əhvalatın davamını bilmək üçün üçüncü bölümə də baxmağa yardımçı olacaq.

​James Foleyin çəkdiyi "Qaranın əlli çaları" filminin treyleri.

- Dacota Johnson və Jamie Dornan arıq filmdəki yataq səhnələrində bir-birlərinə öyrəşiblər. Rejissor dəyişəndən sonra onlar bütün prosesi yenidən keçmək məcburiyyətində qalmadılar ki?

- Əslində yox. Əlbəttə bu var ki, seks səhnələrini çəkmək həmişə aktyor və qrup üçün çətin başa gəlir. Çəkilişin əvvəllərində belə ehtiyatlanmalarım vardı, çünki təkcə rejissor deyil, çəkiliş qrupu bütövlükdə dəyişmişdi. Tamamilə çılpaq və xeyli açıq-saçıq, qeyri-adi cinsi aktları nümayiş etdirməli olan Dacota və Jamie indi bunu tamam yeni insanların qarşısında etməliydilər. Özü də bu dəfə onlara baxan gözlərin sayı əlliyə. Xoşbəxtlikdən onlar arasında elə səmimi və möhkəm münasibətlər qurulmuşdu ki, heç bir problem yaşanmadı. Onlar əsl dost, çox yaxın və daim bir-biri ilə içə-içə olan iki insandır. Onların bir-biri ilə rahat ola bilməsi mənim işimi xeyli yüngülləşdirdi. Çəkiliş zamanı özümü qətiyyən başqalarının münasibətinin arasına soxulmuş yad kimi hiss etmədim. Heç bir problem yaşanmadı və bu aktyorların uğuru idi. Onlar bir-birlərini bəyənməsəydilər hər şey çox-çox çətin olardı. Bu filmin alınmamasını təsəvvür etmək belə mənimçün qorxuncdur.

XS
SM
MD
LG