Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 14:56

«Azərbaycanlılara törədilmiş hərbi cinayətlərə dair 297 nəfərin həbsi üçün beynəlxalq axtarışla bağlı qərar qəbul edilib. İnterpol vasitəsi ilə onları axtarışa vermişik».

APA-nın xəbərinə görə, bunu fevralın 10-u Milli Məclisdə beynəlxalq cinayətlər barədə hazırlanmış qanun layihəsinin təqdimatında respublika hərbi prokuroru Xanlar Vəliyev bildirib. O qeyd edib ki, hələ də 297 nəfərdən heç kim saxlanılaraq, Azərbaycana verilməyib: «Buna da səbəb ikili standartlardır».

PA rəsmisi Ermənistan hakimiyyətini ittiham etdi

«İndiyədək beynəlxalq aləmdə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilsə də, hələlik, məsələyə lazımi hüquqi qiymət verilmədiyi üçün qarşımızda mühüm işlər dayanır. Azərbaycan prezidentinin Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı sərəncamı diqqətimizi bu məsələyə yönəldir».

APA-nın xəbərinə görə, bunu Milli Məclisdə beynəlxalq cinayətlər barədə yeni qanun layihəsinin təqdimatı zamanı Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib.

O qeyd edib ki, sərəncama əsasən, müvafiq tədbirlər planı hazırlanıb həyata keçiriləcək: «Beynəlxalq aləmdə də soyqırımı ən ağır cinayət əməli kimi qiymətləndirilir. Biz də bundan istifadə edərək ölkəmizə qarşı törədilən cinayət işinin günahkarlarını cəzalandırmağa çalışmalıyıq. Burada çox faktlar məlumdur. Onu törədən vaxtilə Ermənistan rəhbərliyində təmsil olunan şəxslər - keçmiş prezident Kocharian, indiki rəhbər Sarkisian və digər şəxslərdir. Onların çoxları da öz çıxışlarında günahlarını gizlətməyə çalışmırlar».

Ə.Mehdiyev deyib ki, Xocalı faciəsini soyqırımı kimi tanıyan ölkələrin sayı artır: «Bu, informasiya sahəsində aparılan işlərin nəticəsidir. ABŞ-da da bu sahədə geniş fəaliyyət aparılır. Artıq ABŞ-ın 20-dən artıq ştatı bunu qətliam kimi qəbul edib və bu fəaliyyət davam etdirilir. Bu gün xeyli uğurlar qazansaq da, təcrübə göstərir ki, qalib çıxmağımız, torpaqlarımızın azad olunması ona lazımı qiymətin verilməsi üçün kifayət deyil. Biz işimizi daha da intensivləşdirməli və məsələyə hüquqi qiymətin verilməsinə dair işlərimizi davam etdirməliyik. Bu baxımdan «Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında» qanun layihəsini yüksək qiymətləndirirəm».

Komitə yeni layihənin təqdimatını keçirir

Fevralın 10-u Milli Məclisdə yeni hazırlanmış «Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması» haqqında qanun layihəsinin təqdimatı keçirilir.

APA-nın xəbərinə görə, toplantıya parlamentin sədr müavini, İnsan haqları komitəsinin sədri Bahar Muradova sədrlik edir.

Təqdimatda Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, respublika hərbi prokuroru Xanlar Vəliyev və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edir.

B.Muradova bildirib ki, Azərbaycan zaman-zaman öz ərazilərini itirib, vətəndaşları qırğına məruz qalıb. Mədəniyyət abidələri dağıdılıb: «Biz beynəlxalq aləmi məsələ ilə bağlı düzgün bilgiləndiririk. Azərbaycana qarşı törədilən cinayətlərin hüquqi qiymət alması və cinayətkarların cəzalandırılması yönündə müəyyən işlər görmüşük. Ancaq bu gün ərazilərimiz işğal altındadır, insanlar öz evlərində, yurdlarında yaşamaq kimi fundamental hüquqlarından məhrum olublar. Dünya vaxtında bu cinayətlərin mahiyyətindən xəbərsiz olub. Bu hadisələrə ilkin münasibət ümummilli lider hakimiyyətə qayıdandan sonra verilib. Cinayətkarlar bəlli olsa da, onlar qonşu ölkələrin rəhbərliyində təmsil olunaraq cəzadan yayınırlar».

Günün bütün mövzuları

XS
SM
MD
LG