Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Yanvar, Cümə axşamı, Bakı vaxtı 07:15

Putinlə Erdogan koordinasiyanı genişləndirmək razılığına gəldilər.


Vladimir Putin və Recep Tayyip Erdogan

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Racep Tayyip Erdogan arasında telefon söhbəti olub.

Tərəflər Suriyada terrorçuluqla mübarizə məsələsini müzakirə ediblər.

RİA Novostinin məlumatına görə, liderlər Suriyada “İslam dövləti” və digər ekstremist qruplarla mübarizədə koordinasiyanı genişləndirmək razılığına gəliblər.

Putin Əl-Bab şəhəri ətrafında gedən döyüşlərdə bir neçə Türkiyə əsgərinin ölümünə görə Erdogana başsağlığı verib.

Türkiyə komandanlığı bundan bir gün əvvəl Əl-Bab ətrafında gedən döyüşlərdə 4 tük əsgərinin həlak olduğunu, 15 əsgərinsə yaralandığını bəyan edib.

Qeyd edək ki, Türkiyə qüvvələri ilə üsyançılar fevralın 8-də Əl -Bab ətrafındakı strateji rayonları ələ keçiriblər.

Həmçinin Suriya ordusu cənub istiqamətindən şəhərə doğru irəliləyir.

Şərhçilər hesab edir ki, bu Türkiyə və Suriya ordusunu üz-üzə qoya bilər.

Suriyanın Əl-Bab və Rakka şəhərləri “İslam dövləti” qrupunun əsas dayanq məntəqələrindəndir.

XS
SM
MD
LG