Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 03:35

"15-17 yaşlı qızlar ildə 3 min uşaq dünyaya gətirirsə..."


arxiv
arxiv

“ll ərzində 15-17 yaşlı qızlar 3 minə yaxın uşaq dünyaya gətirirsə, bu, bizi narahat etməlidir.”-Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib.

Problemlər nədədir? Qızlar erkən ərə gedir, yoxsa məktəbyaşlı qızların ailədən kənar uşaqları olur?

Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl bu məsələdə əsas səbəb kimi erkən nikahları gördüyünü deyir. Onun sözlərinə görə, erkən nikahların həm sosial, psixoloji, iqtisadi, siyasi fəsadları var. Ekspert deyir ki, bunun qarşısını almaq üçün çox ciddi addımlar atılmalıdır.

Şəhla İsmayıl: "erkən nikahların sosial, psixoloji, iqtisadi, siyasi fəsadları var"
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00
Direct-ə keçid

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da bildirir ki, bunun əksəriyyəti erkən nikahlardan doğulan uşaqlardır. Onun sözlərinə görə təsadüfi münasibətlərdən doğulan uşaqlar bunun çox az hissəsini təşkil edir.

Mehriban Zeynalova deyir ki, Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi həm deyir ki, 15 -17 yaşlı yeniyetmələr il ərzində 3 min uşaq dünyaya gətirib, həm də onu deyir ki, cəmi 3 nəfər erkən nikahlarla bağlı məsuliyyətə cəlb olunub. Ekspert bu məsələdə anlaşılmazlığın olduğunu qeyd edir.

Mehriban Zeynalova: "erkən nikahlarla bağlı məsuliyyətə cəlb olunan azdır"
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00
Direct-ə keçid

Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin hüquq müdafiəçisi Sədaqət Paşayevanın sözlərinə görə erkən nikahlar rəsmi olmadığından doğulan uşaqların erkən nikahlardan və yaxud qeyri-rəsmi münasibətlərdən dünyaya gəldiyini söyləmək çətindir.

Hüquq müdafiəçisi deyir ki, təhsildən yayınan yeniyetmə qızlar internet, telefon vasitəsi ilə özlərinə partnyor tapırlar ki, bu da sonda belə nəticələr verə bilir.

Sədaqət Paşayeva : "Erkən nikahlar rəsmi olmadığından..."
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00
Direct-ə keçid

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG