Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 14:49

Kremlin tənqidçisi Vladimir Kara-Murza komadan ayılıb, həkimlər onun durumunun yaxşılaşdığını deyirlər.

35 yaşlı V.Kara-Murza son iki ildə ikinci dəfədir vəziyyəti ağırlaşdığından xəstəxanaya aparılır. Ailəsinin fikrincə, duruma səbəb Kremldir, yaxınları da, dostları da tənqidçinin zəhərləndiyinə əmindirlər.

Həkiminin dünən-fevralın 8-də yaydığı məlumatda V.Kara-Murza-nın ürəyinin normal çalışdığı, amma hələ danışa bilmədiyi deyilir.

V.Kara-Murza-nın səhhəti fevralın 2-də qəfildən pisləşib. Ailəsinin dediyinə görə, onun böyrəklərinin fəaliyyəti, az qala, dayanıb. Yaxınları tənqidçinin 2015-ci ildə də eyni duruma düşdüyünü söyləyirlər.

V.Kara-Murza keçmiş maqnat Mikhail Khodorkovsky-nin QHT-sinin—«Açıq Rusiya» təşkilatının koordinatoru vəzifəsini yerinə yetirir. Həm də ABŞ-ın Rusiyaya sanksiyalarına tərəfdar kimi çıxış edib. Onun siyasi fəaliyyətinə görə zəhərləndiyi ehtimal edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG