Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:53

İki nəhəng bəstəkarın yubileyi ilə bağlı sərəncam


Tofiq Quliyev.
Tofiq Quliyev.

Prezident İlham Əliyev 2 böyük Azərbaycan bəstəkarı - Tofiq Quliyevin və Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, 2017-ci ildə görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Ələkbər oğlu Quliyevin və milli simfonizmin banilərindən biri xalq artisti, professor Əhməd Cövdət İsmayıl oğlu Hacıyevin dünyaya gəlməsinin 100 ili tamam olur.

Buna da bax: Arif Məlikov: 'İllərdir Bəstəkarlar İttifaqının qapısını açmıram'

Sərəncamda hər iki bəstəkarın Azərbaycan musiqi xəzinəsinə verdiyi töhfələr sadalanır və yubileylərin layiqincə qeyd edilməsinin önəmi vurğulanır.

Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə, Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Tofiq Quliyevin və Cövdət Hacıyevin 100 illik yubileylərinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Buna da bax: 'Azərbaycan bəstəkarları və musiqişünasların elektron kataloqu' çıxıb

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG