Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 13:36

Şəkidə daha bir cəbhəçiyə 20 sutka verildiyi deyilir


AXCP

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Şəki rayon təşkilatının Gənclər Komitəsinin sədri Samir Şəki Həsənova 20 sutka inzibati həbs cəzası verildiyi bildirilir. Bu haqda AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

G. Bayramlının deməsinə görə, S. Həsənov fevralın 6-da saxlanılan partiyanın yerli təşkilatının sədri İslam Həsənova yemək apararkən, fevralın 7-də tutulub: “Onu polisə müqavimətdə təqsirli biliblər. Bizə verilən xəbərlərə görə, S. Həsənova polis şöbəsində işgəncə verilib, ona hansısa sənədə imza atdırıblar. Bu gün isə məhkəmə önünə çıxarıblar”.

Şəki rayon Polis Şöbəsindən və məhkəmədən bu deyilənlərlə bağlı açıqlama almaq mümkün olmayıb.

AXCP Şəki təşkilatının sədri İslam Həsənovun da fevralın 7-də 25 sutka inzibati həbs cəzası aldığı bildirilirdi.

Halbuki həmin gün Şəki rayon Polis Şöbəsindən cəbhəçilərin saxlanması ilə bağlı məlumatları təsdiqləməmişdilər. Şöbənin növbətçi hissəsindən bildirmişdilər ki, İslam Həsənov və Samir Həsənovun saxlanması ilə bağlı onlarda informasiya yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG