Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:26

Rusiya ordusu döyüşə hazır vəziyyətə gətirilib


S-400

Rusiya prezidenti Vladimir Putin hərbi hava qüvvələrinin döyüşə hazır rejimə keçməsi barədə göstəriş verib.

Rusiyanın müdafiə naziri Sergei Shoigu deyib ki, hava qüvvələri dünəndən-fevralın 7-dən ciddi təlimlərə başlayıblar. Məqsəd hərbi hava qüvvələrinin döyüşə hazırlığını, düşmənə cavab vermək qabiliyyətini yoxlamaqdır. Havadan müdafiə sisteminin köçürülməsi yönündə məşqlərə xüsusi diqqət edilir.

Rusiya ordusunda son zamanlar tez-tez belə təlimlər keçirilir. İqtisadi böhrana baxmayaraq, Kreml təlimlərə və silahların yenilənməsinə əvvəlki kimi çoxlu pul xərcləməkdədir.

XS
SM
MD
LG