Keçid linkləri

2017, 20 Fevral, Bazar ertəsi, Bakı vaxtı 06:29

TEAS PRESS Nəşriyyat evinə məxsus “Qaranquş” uşaq jurnalı çapdan çıxıb. 44 səhifəlik jurnalda balaca oxucular üçün əyləncəli və maraqlı rubrikalar var. Jurnalın maskotu olan Qaranquş isə çalışqandır və hər ay yeni informasiyalar toplayaraq balaca oxucularının görüşünə tələsir. Jurnalın redaktoru Aysel Zahidqızıdır.

5 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulan jurnala oxucular məktublar yaza və öz istəklərini göndərə bilərlər. Bunun üçün info@qaranqush.az email ünvanına məktub yazmaq və ya www.qaranqush.az saytına daxil olmaqla Qonaq kitabı bölməsində istək və arzularını qeyd edə bilərlər. Uşaqlar həmçinin çəkdikləri maraqlı rəsmləri jurnalla paylaşa bilərlər.

“Qaranquş” uşaq jurnalı hər ay işıq üzü görəcək.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG