Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:40

YAP-çı deputatdan Zhirinovsky-yə cavab


«Zhirinovsky-nin fikirləri Rusiya hakim dairələrinin və ictimaiyyətin mövqeyi deyil. Rusiyanın demokratik qüvvələri heç vaxt bu yöndə fikirlərini ifadə etməyiblər. Həmçinin, Zhirinovsky-nin fikirlərini müdafiə etmirlər».

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə Rusiya Liberal-Demokrat Partiyasının rəhbəri Vladimir Zhirinovsky-nin Azərbaycanla bağlı açıqlamalarını şərh edərkən belə deyib.

«AZƏRBAYCANIN MÜSTƏQİLLİYİ...»

O, modern.az-a açıqlamasında deyib: «Zhirinovsky kimilər bilməlidir ki, Azərbaycanın müstəqilliyi, ulu öndər Heydər Əliyevin dediyi kimi, əbədidir, dönməzdir».

A.Mirzəzadə Zhirinovsky-nin fikirlərinin çox təhlükəli olduğunu qeyd edib: «Zhirinovsky və onun təmsilçiləri bilməlidirlər ki, indi XXI əsrdir. Bu gün dünyanın sabitliyini saxlayan əsas prinsip sərhədlərin toxunulmazlığıdır. Məhz bu prinsipə görə bu gün sülhü təmin etmək və dövlətlər arasında xoş münasibətlər yaratmaq mümkündür. Zhirinovsky-nin fikirləri tətbiq olunarsa, dünya yenidən orta əsrlərə qayıda bilər. Həmçinin, Azərbaycan müstəqilliyini ona görə qazanmayıb ki, sonradan onu əldən versin».

XATIRLATMA

Rusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Zhirinovsky qalmaqallı çıxışları ilə seçilir.

O, iki gün əvvəl, fevralın 5-də keçmiş SSRİ respublikalarının birləşdirilməsindən, SSRİ-nin sərhədlərinin bərpasından danışmışdı.

«Ermənistanla Azərbaycan arasında daim müharibə olacaq. Ancaq biz onların hamısını götürəndə, nə Qarabağ olacaq, nə Azərbaycan. Olacaq Bakı quberniyası, İrəvan quberniyası...», - Zhirinovsky bildirmişdi.

Jirinovski Trump-ın qələbəsi şərəfinə qonaqlıq verir
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG