Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 14:45

AXCP sədrinin köməkçisi və «Azadlıq» qəzetinin maliyyə direktoru, həbsdə olan Faiq Əmirlinin yenidən səhhətinin pisləşdiyi deyilir.

Bu barədə onun xanımı Lalə Əmirova bildirib.

«Ona evə telefon etməyə icazə veriblər. O bildirib ki, sol ayağı bərk ağrıyır, öd kisəsində güclü ağrılar var», - L.Əmirova deyib.

L.Əmirovanın deməsinə görə, iki həftə öncə həyat yoldaşından analizlər götürülsə də, heç bir ciddi müayinə aparılmır.

«Çərşənbə günü görüş verməlidirlər. Onun vəziyyəti məni ciddi narahat edir», - L.Əmirova bildirib.

EV DUSTAQLIĞINA BURAXILMADI

Vəkil Aqil Layıcov isə bildirib ki, fevralın 7-si məhkəmə F.Əmirli barəsində həbs-qətimkan tədbirini dəyişməkdən imtina edib.

«Onun vəziyyəti pisləşir, bundan prokurorluğun da xəbəri var. Amma iş üzrə heç bir istintaq hərəkəti aparılmır», - vəkil bildirib.

Penitensiar Xidmətdən Faiq Əmirlinin səhhəti ilə bağlı deyilənlərə, hələlik, münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

F.Əmirli ötən il avqustun 20-da saxlanılıb. O, Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

İstintaq orqanları onu ABŞ-da yaşayan türkiyəli din xadimi Fethullah Gülen-in nümayəndəsi kimi təqdim ediblər.

Ancaq sonradan onu ancaq «Azadlıq» qəzetinin maliyyə mənbələri ilə əlaqədar dindiriblər.

Həmkarları və ictimaiyyət hesab edir ki, həbsin səbəbi hakimiyyətin «Azadlıq» qəzetini susdurmaq və AXCP rəhbərliyinə təzyiq göstərməkdir.

Bir müddət öncədə F.Əmirlinin mədə ağrılarından əziyyət çəkdiyi, yediklərini qaytardığı bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG