Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 16:36

'Fox News'un əməkdaşı Putin-dən üzr istəməyəcəyini deyir


«Fox News» televiziyasının əməkdaşı Bill O'Reilly Putin-ə görə üzr istəməyəcəyini bildirib.

Ötən bazar ABŞ prezidenti Donald Trump-dan müsahibə alarkən B.O'Reilly Rusiya prezidenti Vladimir Putin-i «qatil» adlandırmışdı. Kremlin sözçüsü Dmitry Peskov B.O'Reilly-nin prezidenti təhqir etdiyini, Moskvanın telekanaldan üzrxahlıq gözlədiyini deyib.

«Deyəsən, Putin administrasiyası mənim—sizin itaətkar müxbirinizin qoca Vlad-ı qatil adlandırdığına görə üzr istəməsini tələb edir… Mən bu üzrxahlıq məsələsinə baxıram. Amma məncə, bu, bir qədər vaxt aparacaq… Mənimlə haradasa 2023-cü ildə əlaqə saxlaya bilərsiniz». Şou aparıcısının məsələyə münasibəti belə olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG