Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 10:36

Avropa rəsmisindən Ermənistana viza məsləhəti


Serzh Sarkisian və Christian Danielson

“Ermənistan səylərini, viza rejiminin liberallaşdırılmasından daha çox, viza rejiminin sadələşməsi ilə bağlı Avropa Birliyi ilə Yerevan arasındakı razılaşmadan maksimum istifadəyə cəmləşdirməlidir”.

Bunu Avropa Komissiyasının qonşuluq və genişlənmə məsələləri üzrə baş direktoru Kristian Danielson, yaxın gələcəkdə Gürcüstan kimi Ermənistana qarşı da viza rejiminin liberallaşdırılmasının mümkünlüyü ilə bağlı AzadlıqRadiosu Ermənistan xidmətinin sualını cavablandırarkən deyib.

“Mən Ermənistana aid bir məsələni, Gürcüstanla bağlı digər bir məsələ ilə müqaisə etmək istəməzdim.Yalnz onu deyirəm ki, əldə olunmuş razılaşmadan maksimum istifadə olunmasına cəmləşmək lazımdır. Hazırda sadələşdirilmiş viza rejimi mövcuddur və gəlin elə edək ki, ondan düzgün istifadə olunsun, orda nəzərdə tutulanlar həyəta keçirilsin”.Danielson vurğulayıb.

Qeyd edək ki, Avropa Parlamenti fevralın 2-də Gürcüstanla viza rejiminin ləğvinə səs verdi.

Brüsseldə keçirilən səsvermədə 647 deputatdan 553-ü bu qərarın lehinə səs verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG